Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
İdarəetməni itirən avtomobil sürücüsü yolu keçən kişini vurub. Hadisə yerinə təcili yardım briqadası cəlb olunub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxənaya çatdırılıb.
Əraziyə gələn polis əməkdaşları sürücünü saxlayıblar. Faktla bağlı araşdırma aparılır.