İsmayıllı sakini Bakıda silahla yaxalanıb. Bu haqda 5 may tarixində Trend məlumat verib.
Xətai rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İsmayıllı rayon sakini Elvin Şiralıyev saxlanılıb. Ondan “Revolver” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilib.
Faktla bağlı araşdırma davam edir.