Paytaxtın 2 rayonunda oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Xətai rayonu ərazisində “Volvo” markalı bir avtomobildən 3700 manat dəyərində gödəkcə, notbuk və açar, Nərimanov rayonu ərazisində isə “Mercedes” markalı digər avtomobildən qeyri-aşkar şəraitdə notbuk oğurlanması faktları qeydə alınıb. Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini Fikrət Cəfərov tutulub.
Araşdırma aparılır.