Xətai rayonu, Babək prospektində azyaşlılar evdə köməksiz vəziyyətdə qalıblar. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
5 və 3 yaşlı uşaqlar onmərtəbəli binanın 1-ci mərtəbəsində bağlı qapı arxasında qalıblar. Hadisə yerinə cəlb olunan FHN əməkdaşları eyvandan daxil olaraq uşaqları xilas ediblər.
Balacalar aidiyyəti üzrə təhvil veriliblər.