Bakıda tələbə həbs edilib. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə Xətai rayonunda, metronun “Əhmədli” stansiyasının yaxınlığındakı Məhəmməd Hadi küçəsində baş verib. 20 yaşlı Kürdəmir sakini Asəf Yusifov (ad, soyad şərtidir) yüksək səslə telefonla danışıb. Polis ona irad bildirən zaman o, müqavimət göstərməyə başlayıb. Nəticədə o, 20 sutka müddətində həbs olunub.
Saxlanılan şəxs Azərbaycan Neft və Sənaye Universitetinin 2-ci kurs tələbəsidir.