Xətai rayonu, Xudu Məmmədov, 13 ünvanında gənc qız bıçaqlanıb. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
21 yaşlı Səbuhi Qurbanov sevdiyi deyilən qadın – 22 yaşlı Elnarə Cabbarovanın ürəyindən bıçaqla vuraraq onu qətlə yetirib. Daha sonra oğlan özünə xəsarət yetirib. Hadisənin qısqanclıq zəminində edildiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb.