Bakının Xətai rayonunda 3 nəfər bağlı qapı arxasında qalıb. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
3 uşaq evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar.
Keçirilən xilasetmə tədbirləri nəticəsində uşaqların xilas olunması təmin edilib.