Bakının Xətai rayonunda piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
31 yaşlı Səməd Hüseynli yolu keçərkən onu avtomobil vurub.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.