Bakının Xətai rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
33 yaşlı G.Abdullayeva özünü çoxmərtəbəli tikilinin 11-ci mərtəbəsindəki mənzilin pəncərəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.
İlkin araşdırmalar zamanı məlum olub ki, G.Abdullayeva xəstəlikdən əziyyət çəkirdi. Onun bacısına məxsus evdə intihar etdiyi bildirilir.
xətai, intihar, bakı