Xətai rayonunda narkotik alverçilərinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakinləri Fəxri Abbasov, Pərviz Rəhimov, Xəyal Hüseynov və Dünyaxanım Bağırzadə saxlanılıblar. Onlarda ümumilikdə 8 kiloqram heroin və marixuana aşkar edilib. Saxlanılan şəxslər narkotikləri onlayn şəkildə İran vətəndaşından aldıqlarını bildiriblər.
Cari ilin iyun-iyul aylarında keçirilən əməliyyatlar zamanı 60 nəfər tutulub, külli miqdarda narkotik vasitələr dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırmalar davam edir.