Xətai rayonunda liftdə köməksiz vəziyyətdə qalanlar olub. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Süleyman Vəzirov küçəsində yerləşən yeddimərtəbəli yaşayış binasının liftində nasazlıq yaranıb. Nəticədə 5 nəfər vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə xilasedicilər cəlb olunublar. Onlar liftin qapısını açaraq sakinləri xilas ediblər.