Bakının Xətai rayonunda ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində aksiya zamanı Cavanşir küçəsi, 21 və Babək prospektində ümumilikdə 500-dən çox ağac əkilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyələri və MKTB-nin kollektivləri iştirak edib.
[caption id="attachment_130767" align="alignnone" width="640"]
Foto Xətai rayon İcra Hakimiyyəti[/caption]