Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 15 mart tarixində xəbər verir.
9 mart tarixində paytaxtın Xətai rayonunda Abşeron rayon sakini A.Kərimovun, içərisində 2600 manat olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.