Xətai rayonunda qadını avtomobil vurub. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sevda Sultanova avtomobil yolunu keçmək istəyən zaman Asim Məmmədov “Mercedes C230” markalı nəqliyyat vasitəsi ilə qadını vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edib.