Bakının Xətai rayonunda 44 yaşlı piyada vurulub. Bu haqda bu gün, 26 aprel tarixində Report məlumat verib.
İrina Həmidova yolu keçərkən onu minik avtomobili vurub. Zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hadisə zamanı qadın sərxoş vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.