Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən çay evində yanğın olub. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 220 kv.m olan obyektin mətbəxində fritür aparatı, elektrik sobası, divara quraşdırılan elektrik lövhəsində 2 qoruyucu açar və giriş-çıxış kabeli 4 p.m yanıb. Mətbəxin alçıpandan ibarət tavanı qarsalanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.