Xətai rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma beşmərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 46 kv.m olan ikiotaqlı mənzidə baş verib. Nəticədə mətbəx 3 kv.m, onun tavanı isə 9 kv.m sahədə yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.