Xətai rayonunda çoxmərtəbəli yaşayış binası yanıb. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma binanın 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 100 kv.m olan 5 otaqlı mənzildə qeydə alınıb. Nəticədə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo, 1 ədəd televizor və 1 ədəd plastik pəncərə yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.