Xətai rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “BMW” markalı minik avtomobilində baş verib. Nəticədə nəqliyyat vasitəsinin mühərrik hissəsi alışıb. Maşının digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.