Xətai rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün 1 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma adıçəkilən rayonda dayanan “BMW” markalı nəqliyyat vasitəsində qeydə alınıb. Nəticədə avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Maşının digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.