Xətai rayonunda evdən oğurluq edilib. Bu haqda bu gün, 29 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunmuş Taleh Salmanov evlərin birindən 15.000 AZN dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.