Bakının Xətai rayonunda, 8 Noyabr prospektinin yaxınlığında keçən dəmir yolunda ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 27 iyul tarixində APA məlumat verib.
45-50 yaşlı naməlum kişi dəmiryol relslərində uzanıb və onun üzərindən qatar keçib. Nəticədə kişinin bədəni iki hissəyə ayrılıb.
Hadisə yerinə Xətai Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Hadisə yerində baxış keçirilib.
Kişinin meyiti morqa təhvil verilib, onun kimliyi araşdırılır.
[URIS id=54086]