Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə ötən gün saat 17:00 radələrində baş verib. 27 yaşlı Razi Bayramov 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin fasadında quraşdırma işləri apararkən yıxılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Ölüm faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.