Xətai rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun General Şıxlinski küçəsində baş verib. Sumqayıt şəhər sakini, 27 yaşlı Namiq İsgəndərli özünü hündürmərtəbəli binanın eyvanından atıb. Nəticədə gənc oğlan hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.