Xətai rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
19 yaşlı İlkin Əsgərov velosipedlə hərəkətdə olan zaman avtomobillə toqquşub. Nəticədə gənc oğlan müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.