Paytaxtın Xətai rayonunun Gəncə prospektində körpə uşağın iştirakı ilə yol qəzası olub. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
32 yaşlı Ruslan Hacızadə iki yaşlı övladı Həsrət Hacızadə ilə yolu keçərkən onları minik avtomobili vurub.
Ata və oğul xəstəxanaya aparılıblar, onların həyatlarını xilas etmək mümkün olub.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.