Bakının Xətai rayonu, Əliağa Şıxlinski küçəsində kişi bıçaqlanıb. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
41 yaşlı Teymur Mənsimov naməlum şəxs və yaxud şəxslər tərəfindən bıçaqlanıb. O, yaralı vəziyyətdə küçədə tapılıb. Kişi təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb.
Fakt üzrə araşdırma aparılır.