Bakının Xətai rayonunda 90 yaşlı qadın mənzildə bağlı qapı arxasında köməksiz qalıb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları cəlb olunublar. Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq G.Cabbarovanı xilas ediblər.