Xətai rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 2 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 40 kv.m olan kafedə qeydə alınıb. Nəticədə iaşə obyekti tamamilə yanıb. Ətrafdakı infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.