Xətai rayonunda yük və minik avtomobilləri toqquşub. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Nəcəfqulu Rəfiyev küçəsi və Babək prospektinin kəsişməsində baş verib. “KamAZ” markalı yük maşınının sürücüsü dairəyə daxil olan zaman “Niva” markalı nəqliyyat vasitəsinə çarpılıb. Nəticədə sonuncuya ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.