Xətai rayonunda qanunsuz odlu silah aşkarlanıb. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Hüseynov narkotik dövriyyəsi üstündə saxlanılıb. Onun üzərində revolver tipli tapança, 2 ədəd patron, 1 kiloqramdan artıq heroin və 390 ədəd metadon həbi aşkar olunub.
Faktla bağlı araşdırmalar davam edir.