Xətai rayonunda liftdə 2 nəfər xəsarət alıb. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Babək prospektində yerləşən yaşayış binasında qeydə alınıb. 2 nəfər liftdə olan zaman kabinə 1-ci mərtəbədə dayanmayıb və buferə dəyib. Nəticədə içəridə olanlar xəsarət alıblar.
İlkin ehtimala görə, hadisəyə səbəb elektrik təchizatının qəflətən kəsilməsi və invertor qurğusunda yaranmış nasazlıq olub.
Faktla bağlı araşdırmalar davam edir.