Xətai rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində 1 nəfərin bağlı qapı arxasında qalması ilə bağlı FHN-ə məlumat daxil olub. Əraziyə cəlb olunan əməkdaşlar qapını açdıqdan sonra içəridə 1 nəfərin cansız bədənini aşkar ediblər.
Meyit aidiyyəti üzrə təhvil verilib.