Xətai rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 16 dekabr tarixində Bakupuls.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
1 nəfərin bağlı qapı arxasında qalması ilə bağlı FHN-ə məlumat daxil olub. Əraziyə cəlb olunan əməkdaşlar qapını açdıqdan sonra içəridə 1 nəfərin cansız bədənini tapıblar.
Cəsəd aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.