Xətai rayonunda marketlərdən oğurluq edilib. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuşlar E.Əzizov və E.Mirzəyev 2 marketdən ümumilikdə 770 AZN dəyərində tütün məmulatı, həmçinin 1050 AZN dəyərində spirtli içki oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Onlar barəsində araşdırmalar davam edir.