Xətai rayonunda motosiklet qəzaya düşüb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
33 yaşlı Oruc Cumayev motosikletlə hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarındakı maneəyə çarpılıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.