Xətai rayonunda yerləşən yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma onmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası, 2 kv.m sahədə mebel və tavan 3 kv.m sahədə yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.