Xətai rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Abdulla Кəhim küçəsində baş verib. Alışma burada yerləşən çörək sexində qeydə alınıb. Yanğın yaxınlıqda yerləşən obyektlərə keçib. Nəticədə sex və gözəllik salonu yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.