Paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsində taxta və məişət tullantıları yığılmış tikili yanıb. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Yanğın hadisə yerinə cəlb olunan FHN əməkdaşları tərəfindən söndürülüb. Ümumi sahəsi 30 kv.m olan tikilinin içində olan taxta və məişət tullantıları yanıb, bitişik obyektlər yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/01/87a8f04d5e76ed3fe0d50143aa40f5e1.mp4"][/video]