Xətai rayonunda azyaşlı uşaq hovuzda boğulub. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Seyid Əzim Şirvani küçəsində baş verib. 8 yaşlı Bəşir Şirinzadə hovuzda çimən zaman ehtiyatsızlıqdan boğulmağa başlayıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiyadadır, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.