Xətai rayonunda sürücü yük maşınını idarə edən zaman infrastruktura ziyan vurub. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Hadisə rayonun Babək prospektində baş verib. Sürücü yük avtomobilinin qabaritlərini nəzərə almadan dönmə əməliyyatı etdiyi zaman işıqforu yararsız vəziyyətə salıb.
Hazırda həmin işqıforun yenisi ilə əvəz edilməsi işləri aparılır.