Paytaxtın Xəzər rayonu, Binə atçılıq ərazisində avtoqəza baş verib. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Aeroport istiqamətində yüksək sürətlə hərəkət edən “Subaru” markalı avtomobil idarəetməni itirərək piyada keçidinə çırpılıb, daha sonra isə ətrafda satılan gül, ağac tinglərini dağıdıb.
Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Xəsarət alanlar var.