Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yeniyetmə bıçaqlanıb. Bu haqda bu gün, 19 mart tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
17 yaşlı Amid Quliyev tanışı ilə dava edən zaman bıçaq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma davam edir.