Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yanğın baş verib. Bu haqda bu gün, 15 yanvar tarixində Fövqəladə Hallar Nazrliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 70 kv.m olan anbar alılışıb. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
14:15 - Yenilənib:
Ümumi sahəsi 320 kv.m olan metal konstruksiyalı anbarda plastik taralar və 200 ədəd kisələrə yığılmış yem məhsulları yanıb. Tikilinin 100 kv.m sahəsi qarsalanıb.