Bakının Xəzər rayonunda polis əməkdaşı qəzaya uğrayıb. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Binə qəsəbəsində qeydə alınıb. 23 yaşlı polis əməkdaşı Hüseyn Qulamov yolu keçən zaman onu avtomobil vurub. H.Qulamov digər polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.