Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində rabitə xətlərini oğurlayan bir nəfər tutulub. Bu haqda bu gün,10 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Şəki şəhər sakini Fərahim Əliyev ümumilikdə 220 metr uzunluğunda naqil oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma davam edir.