Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində ana və qız avtoqəzaya düşüblər. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
37 yaşlı Elmira Abbasova və 17 yaşlı Fatimə Abbasovanı avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib. Yeniyetmənin vəziyyəti ağır olaraq qalır.
Təfərrüatlar araşdırılır.