Bakı şəhəri, Xəzər rayonunda iki mərtəbəli yaşayış evində partlayış nəticəsində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti 1 dekabr axşam saatlarında məlumat verib.
Mətbəxdə baş verən partlayış nəticəsində evin plastik pəncərə çərçivələri qismən dağılıb. Mətbəxin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Xəsarət alan olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.