Paytaxtın Xəzər rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli evin tavanı 80 kv.m sahədə və ev əşyaları qismən alışıb. Tikilinin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.