Paytaxtın Xəzər rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb. Bu haqda bu gün, 22 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı şəhər sakini N.Ağayev müxtəlif vaxtlarda rayon ərazisində yerləşən 16 evdən inşaat materialları və məişət əşyaları eləcə də, R.Ağayevin mobil telefonunu və B.Məmmədovla, S.Səmədovun velosipedlərini oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma davam edir.